Daha bir boksçumuz AÇ-də finala yüksəldi

ESTAFET/ Azərbaycanın daha bir təmsilçisi Çexiyanın Ostrava şəhərində keçirilən boks üzrə U-19 Avropa çempionatında finala yüksəlib.
Bu dəfə Bilalhəbaşi Nəzərov (50 kq) həlledici döyüşə vəsiqə qazanıb.
O, yarımfinalda Lonut Razvan Panainteyə (Rumıniya) qalib gəlib.
Qeyd edək ki, daha əvvəl Banuçiçək Nəsirli (48 kq) həlledici döyüşə vəsiqə qazanıb.
