Təmsilçilərmiz darmadağından qaça bilmədilər

ESTAFET/ Kişi həndbolçulardan ibarət "Kür" və "Bakı" komandaları Avropa Kuboku turnirində mübarizəyə start veriblər.
Yarışa ikinci təsnifat mərhələsindən qoşulan Azərbaycan komandaları mövsümdə ilk sınalarıdan çıxa bilməyiblər.
Macarıstanın "Balatonfüredi" komandası ilə "Balaton" İdman Kompleksində baş tutan matç Azərbaycan çempionu "Kür"ün ağır məğlubiyyəti ilə yekunlaşıb - 19:42
Bu komandalar arasında cavab görüşü oktyabrın 19-da Bakıda, "AHF Arena" İdman Kompleksində reallaşacaq.
"Bakı"nın kişi həndbolçulardan ibarət komandası da bu mərhələdən mübarizəyə qoşulub. Öncədən əldə edilmiş razılaşmaya görə, komandamız "Oxrid"lə (Şimali Makedoniya) hər iki oyunu səfərdə keçirəcək.
İlk qarşılaşmada nominal ev sahibi qismində meydana çıxan təmsilçimiz daha ağır məlubiyyətlə barışmalı olub - 11:44
