Haşek istefaya göndərildi

ESTAFET/ Çexiya yığmasının baş məşqçisi İvan Haşek istefaya göndərilib.

Bu barədə millinin mətbuat xidməti məlumat yayıb.

İstefaya millinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Farer adalarına 1:2 hesablı məğlubiyyəti səbəb olub.

Xatırladaq ki, Haşek 2024-cü ilin yanvarından Çexiya millisinə rəhbərlik edirdi.

Müəllif: Orxan NOVRUZOV