UNEC qələbə ilə başladı

ESTAFET/ Bu gün qadın voleybolçular arasında Yüksək Liqanın 1-ci turu çərçivəsində növbəti oyun keçirilib.

UNEC VK-nın idman zalında baş tutan qarşılaşmada UNEC və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gəliblər.

Gərgin keçən oyunda qalib tay-brekdə müəyyən olunub. Həlledici setdə üstün olan UNEC görüşü 3:2 hesabı ilə qalib başa vurub.

UNEC - “Milli Aviasiya Akademiyası” 3:2 (25:20, 19:25,  23:25, 25:20, 15:13)

Müəllif: Bəhruz MƏMMƏDOV