“Barselona”da yeni müqavilə

ESTAFET/ "Barselona" yarımmüdafiəçisi Frenki de Yonqla müqavilənin müddətini uzadıb.

Bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu ilə müqavilənin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.

Niderlandlı futbolçu 2019-cu ilin yayında "Ayaks"dan "Barselona"ya transfer olunub. O, 2024/2025 mövsümündə 46 oyuna çıxıb, iki qol vurub.

Müəllif: Natiq NƏSİROV