“Sabah” “Şəki”yə, “Quba” “Sumqayıt”a qalib gəldi

ESTAFET/ Öncə "Sabah" "Şəki" ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında keçirilən A qrupunun görüşündə Bakı təmsilçisi rəqibini 85:66 hesabı ilə məğlub edib.

"Sumqayıt" isə eyni məkanda "Quba" ilə görüşüb. B qrupunun görüşü qubalıların 98:88 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun ötən gün keçirilən matçlarında "Naxçıvan" "Lənkəran"ı (91:82), "Ordu" isə "Sərhədçi"ni (85:73) üstələyib.

Müəllif: Məsim MƏSİMZADƏ