Xizək yarışı üzrə Heydər Əliyev Kubokuna yekun vurulub

Fevralın 1-də Qış İdman Növləri Federasiyasının dəstəyi və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə böyüklər arasında həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib.

Turnirin sonuncu günündə öncədən qeydiyyatdan keçən,18-22, 23-45,46-56 və 57+ yaş kateqoriyasında olan 81 həvəskar xizəkçi  “Gigant Slalom” növü üzrə  yarışıblar.

Turnirin nəticələrinə əsasən qadınlardan ibarət 18-22 yaş kateqoriyasında Valeriya Duçinka 1 ci, rusiyalı xizəkçi Kristina Stepanova 2 ci, eyni kateqoriyadan olan oğlanlar arasında İsmayıl Tağızade 1 ci, Arif Aşurbəyov 2 ci,  Ferid Eliyev  isə 3-cü yerə sahib olublar.

23-45 yaş kateqoriyasında Anna Vəliyeva ali kürsüdə ilk yerdə qərarlaşıb.2-ci və 3-cü yerləri isə Gunay Abdullayeva və Yelena Dubensova  bölüşüblər.Oğlanların eyni adlı kateqoriyasında Ramiz Ağayev 1-ci, Nemet Bağisov 2-ci, rusiyalı xizəkçi Ali Sultanov isə 3-cü olublar.

Qadınların 46-56 yaş qrupunda Sanna Skalabre 1-ci,  Turan Tağizade 2-ci, kişilər  arasında Azər Quliyev 1-ci, kanadalı xizəkçi Ceysn Fraser 2-ci, Rəsad Sultan 3-cü yerdə qərarlaşıb.

57+ kişilərin yaş kateqoriyasında
Azad Kəlbiyev 1-ci, Süleyman Süleymanov 2 ci, 
Fizuddin Hüseynov 3-cü pillədə yer alıblar.

Yarışın  sonunda qaliblər kubok və medallarla təltif olunub, onlara müxtəlif həvəsləndirici hədiyyələr verilib.

Müəllif: Bəhruz MƏMMƏDOV