“Fənərbağça”dan inamlı qələbə

ESTAFET/ Türkiyə kubokunun qrup mərhələsində 3-cü tura yekun vurulub.

Bu gün daha 4 oyun baş tutub.

“Konyaspor” evdə “Aliağa”ya, “Fənərbağça” “Ərzurumspor”a qalib gəlib. Səfərdə “Keçiörengücü” ilə qarşılaşmış “Qaziantep” darmadağına sevinib. “Kocaelispor” – “Beşiktaş” matçında isə qalib müəyyənləşməyib.

Türkiyə kuboku
Qrup mərhələsi, 3-cü tur

5 fevral 2026

B qrupu
Konyaspor – Aliağa 4:0

C qrupu
Kocaelispor – Beşiktaş 1:1
Fənərbağça – Ərzurumspor 3:1
Keçiörengücü – Qaziantep 1:5

Müəllif: Orxan NOVRUZOV