ŞAHMATÇILARIMIZ 3-CÜ DƏFƏ AVROPA ÇEMPİONU OLDULAR!
ESTAFET/ Yunanıstanın Krit adasında şahmat üzrə komandalararası Avropa Çempionatına bu gün keçirilən son turla yekun vurulacaq.
Azərbaycanın kişilərdən ibarət yığma komandası son tura lider kimi daxil olub və bu gün 3-cü Avropa çempionluğunu bayram etməyə çox yaxındır. Rəqib isə güclü yığmalardan biri olan Ukrayna yığmasıdır. Hazırda davam edən görüşlərdən ikisi bərabər başa çatıb və 2 lövhədə mübarizə davam edir. Oyunun bərabərə bitməsi də komandamız üçün çempionluğa kifayət edir.
Qadınlarımız isə son turda Serbiya yığması ilə qarşılaşır. 2 tur öncədən medal şanslarını itirən şahmatçılarımız ilk 10-luqda qərarlaşmaq baxımından uğurlu nəticə əldə etməlidirlər.
KAÇ-2017: KİŞİLƏR, IX TUR
Azərbaycan - Ukrayna 2:2
Şəhriyar Məmmədyarov (2791) - Pavel Elyanov (2720) 0,5:0,5
Teymur Rəcəbov (2741) - Yuriy Krivoruçko (2692) 0,5:0,5
Arkadiy Naydiç (2702) - Ruslan Ponomaryov (2687)
Rauf Məmmədov (2678) - Yuriy Kuzubov (2690) 0,5:0,5
KAÇ-2017: QADINLAR, IX TUR
Azərbaycan - Serbiya 2,5:1,5
Günay Məmmədzadə (2393) - Yovana Rapport (2327) 0,5:0,5
Zeynəb Məmmədyarova (2298) - Yovana Eriç (2257) 1:0
Ülviyyə Fətəliyeva (2348) - Teodora İnjaç (2244) 0,5:0,5
Xanım Balacayeva (2319) - Marina Qayçin (2135) 0,5:0,5