"HESAB EDİRƏM Kİ, O TƏƏCCÜBLƏNDİ" - FETTEL

ESTAFET/ Ötən axşam Formula 1 üzrə Dünya çempionatının 19-ci mərhələsi olan Braziliya Qran Prisi başa çatdı. Xəbər verdiyimiz kimi, mərhələni alman pilot Sebastyen Fettel ("Ferrari") qazanıb. Fettel startdan üstünlüyü ələ alaraq, sonadək qorumağı bacardı. Yürüşdən sonra qalib bəzi açıqlamalar verib.

 

Sebastian Fettel: "Yerimdən pis çıxmadım, amma sonra bir sürüşmə oldu və hətta düşündüm ki, şansımı qaçırdım. Görünür, Bottasda start daha pis alınıb. İlk döngədə daxili radiusda onun yanından keçmək məndə alındı. Hesab edirəm ki, o təəccübləndi. 

 

Bu vacib məqam idi və təhlükəsizlik maşınları trassdan çıxdıqdan sonrakı 65 dövrədə yetərincə fərqi saxlamağa çalışmaqla lazımi hücumlar edirdim. 

 

Komandamıza görə çox şadam. Maranello işçiləri maksimum çalışdılar, bu iki həftə çox çətin idi, amma hər iki maşını podiuma gətirmək xoşdur. Rahatlıq hiss edirəm. Yürüş çox çətin oldu, Valtteri ilə birlikdə eyni tempi saxladıq. Buna görə də ən kiçik bir səhv belə yolverilməz idi. Təkərlərin effektivliyinə nəzarət etmək asan olmadı, amma indi biz bu uğuru qeyd edə və növbəti yürüşü gözləyə bilərik."