70 KLUBDAN 565 YENİYETMƏ: CÜDO ÜZRƏ U18 AÇ

ESTAFET/ Bu gün Sərhədçi İdman Olimpiya Kompleksində U-18 yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.

 

Üç gün davam edəcək ölkə birinciliyində paytaxt və regionlarda keçirilmiş yarışlarda yüksək nəticələr qazanmış cüdoçular mübarizə aparır. Bu səbəbdən respublika birinciliyinə maraq çox böyükdür. Belə ki, yarışın ilk günündə 37-si rayon, 43-ü Bakı və Sumqayıtdan olan, ümumilikdə isə 70 klubdan 565 yeniyetmə oğlan və qız cüdoçu medallar uğrunda mübarizə aparır.