Məmmədova və Poznyakdan zəif göstəricilər

ESTAFET/ Rusiyada qadınlar arasında voleybol üzrə ölkə çempionatında növbəti turun oyunları keçirilib.

 

Yığmamızın hücumçusu Natalya Məmmədovanın çıxış etdiyi Kazan "Dinamo"su Krasnodardan olan adaşları ilə qarşılaşıblar və quru hesabla qalib gəliblər - 3:0. Məmmədova bu oyunda 6 xal yığıb. Kazanlılar 6 görüşdən 15 xalla turnir cədvəlinə başçılıq edirlər. 


Kseniya Poznyakın kapitanı olduğu "Leninqradka" isə  "Saxalin"ə qalib gəlib - 3:1. Kseniya bu oyunda aktivinə 4 xal yazdırıb. Komanda isə 6 turdan sonra 10 xalla 5-ci sırada qərarlaşıb.