FIDE QRAN PRİSİ, 4-CÜ MƏRHƏLƏ: VI TUR
ESTAFET/ Xəbər verdiyimiz İspaniyanın Palma-de-Mayorka şəhərində FIDE Qran Pri seriyasının sonuncu - 4-cü mərhələsi keçirilir. Noyabrın 25-nədək davam edəcək turnirdə təmsilçimiz Teymur Rəcəbov da İddialılar turnirinə qatılmaq üçün mübarizə aparır. 

Birgünlük istirahətin ardından qrossmeysterlər 6-cı turun oyunları ilə yenidən mübarizəyə qoşulublar. Bu gün də məğlub olan təmsilçimiz Teymur Rəcəbov İddialıların Turnirinə qatılmaq şansını çox çətinə salıb.   
 
Tomaşevski (Rusiya) - Rəcəbov  1:0
Harikrişna (Hindistan) - Vaşyer-Laqrav (Fransa)  0,5:0,5
Ryazantsev (Rusiya) - Rapport (Macarıstan) 0:1  
Hammer (Norveç) - Valyexo (İspaniya) 0,5:0,5   
Qelfand (İsrail) - İnarkiyev (Rusiya)  0:1 
Li Çao (Çin) - Elyanov (Ukrayna) 0,5:0,5
Nakamura (ABŞ) - Dinq Liren (Çin) 0,5:0,5 

Qiri (Hollandiya) - Yakovenko (Rusiya) 0,5:0,5 

Aronyan (Ermənistan) -  Svidler (Rusiya) 0,5:0,5