Mourinyodan sərt ittihamlar

ESTAFET/ "Mançester Yunayted"in portuqaliyalı baş məşqçisi Joze Mourinyo yenidən maraqlı açıqlamalar verib. O, İngiltərə Premyer Liqasında bir neçə klubun yüksək əlaqələrin köməkliyi ilə dekabrın sonu və yanvarın əvvəli üçün daha münasib təqvim əldə etdiklərini vurğulayıb. 

 

"İngiltərə Futbol Assosiasiyasından və ya İPL rəhbərliyi ilə bizim təqvim haqda kiminləsə danışmışammı? Xeyr! Həmişə cavab eynidir - qərarları teleşirkətlər qəbul edir, biz isə onlarla razılaşmağa məcburuq. İnanıram ki, qərarı məhz teleşirkətlər qəbul edir. Eyni zamanda inanıram ki, bəzi klub və məşqçilərin kresloda oturan yaxşı və düzgün dostları var. Mənim isə belə dostlarım yoxdur" deyə Mourinyo "BeIN Sports"a müsahibəsində bildirib.