Nikolas Latifi "Force India" komandasında

ESTAFET/ Nikolas Latifi Formula 1 komandası olan "Force India" ilə ehtiyat və test-pilot kimi müqavilə bağlayıb. 22 yaşlı kanadalı bu mövsüm gənclər arasındakı testlər və həftəsonu yürüşlər zamanı bir neçə cümə məşqlərində iştirak edəcək. 

 

Nikolas Latifi: "Belə bir şans əldə etdiyim üçün çox şadam. Son illər "Force India"da sübut ediblər ki, komanda daim inkişaf edir və mən Formula 1-də bu uğurlu tarixin bir hissədi olacağımla fəxr edirəm. Komandaya nəyə qadir olduğumu göstərmək və liderlərlə geriliyi aradan qaldırmağa kömək etmək istəyirəm".

 

Vicey Malya (komandanın rəhbəri): "Formula 2-də uğurlu mövsümdən sonra bizim komandaya qoşulmaqla, Nikolas bizim gənclər proqramımızı möhkəmlətdi. Növbəti mövsüm o bizə test işlərində kömək edəcək Həmçinin komanda ilə bir neçə cümə məşqlərində iştirak edəcək. İstedadlı gənc pilotlarla çoxdan işləyirik və Nikolas bizim komandada Formula 1 karyerasına hazırlaşmaqla çox şey öyrənəcək".