"Keşlə" ukraynalı futbolçunun cavabını gözləyir

ESTAFET/ “Keşlə”nin ukraynalı çalışdırıcısı Yuri Maksimov komandaya həmyerlisini dəvət edib. Bu barədə mütəxəssis “footboom.com” nəşrinə açıqlama verib.

 

O, bildirib ki, “Yagelloniya”dan ayrılan Dmitro Xomçenovskiyə dəvət yollayıb: “Onunla iki həftə əvvəl maraqlanmağa başladıq. Yenidən söhbət edəcəyik, hazırda bizim dəvətimizi düşünür. Əgər qəbul eləsə, “Keşlə”nin oyunçusu olacaq. Başqa ukraynalı futbolçu dəvət edib-etməyəcəyimə gələcəkdə qərar verəcəyik”.

 

Qeyd edək ki, Donetsk “Olimpik”inin yetirməsi olan Xomçenovskinin son klubu Polşa təmsilçisi “Yagelloniya” olub. O, bir neçə gün əvvəl klubdan ayrılaraq azad agentə çevrilib.  

 

Mənbə: APASport