Bakıda əlbəyaxa döyüş növləri üzrə seminar keçirilib

ESTAFET/ Tanınmış israilli əlbəyaxa döyüş növləri üzrə təlimatçı Viktor Rabaev növbəti dəfə Bakıda "Krav Maqa" seminarı keçirib. Əlbəyaxa döyüş növlərinin təlimatçısı kata üzrə milli komandanın baş məşqçisi Vahid Ayvazovla birgə keçirilən seminarda Real Aykido, Qarışıq Döyüş Növləri, karate və digər sahələrin mütəxəssisləri və idmançılar iştirak edib.

 

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) təlim-məşq bazasında seminarda Rabaev soyuq silahlardan qorunmaq və digər özünü müdafiə fənlərində peşəkar təcrübəsini iştirakçılara çatdırıb. AMKF və Azərbaycan Peşəkar Döyüş Növləri Assosiasiyasının prezidenti Yaşar Bəşirov qonağa minnətdarlığını ifadə edərək onu yenidən Bakıda görməyə məmnun olduğunu deyib. 

 

Dəvətə görə təəkkürünü bildirən Rabaev Bakıda özünü vətəndəki kimi hiss etdiyini, əlbəyaxa döyüş növləri sənətində peşəkar bilikərini hər zaman Azərbaycanlı həmkarları ilə bölüşməyə hazır olduğunu deyib. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.