"Şah" taxta doğru addımlayır
ESTAFET/ Xəbər verdiyimiz kimi, Hollandiyanın Veyk-an-Zee şəhərində dünyanın ən nüfuzlu şahmat supertirnirlərindən biri olan "Tata Steel Chess 2018" yarışı davam edir. Artıq 80-ci dəfə keçirilən superturnirdə Azərbaycanın ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov (reytinqi 2804) da iştirak edir.
Bu gün turnirdə 5-ci turun oyunları keçirilib. Turnirin ənənəsinə uyğun olaraq, oyunlar başqa şəhərə - Hilversuma keçirilib və bu təmsilçimiz üçün düşərli olub. Belə ki, Şəhriyar ağ fiqurlarla turnirin favoritlərindən biri, ABŞ şahmatçısı Fabiano Karuananı 43-cü gedişdə mat qoyub. Bununla da, Şəhriyar hind Anand və meydan sahibi Giri ilə birlikdə 3,5 xalla turnir cədvəlinə liderlik edir.
Hilversum, Hollandiya
Tata Steel Chess 2018
V Tur
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2804) - Fabiano Karuana (ABŞ, 2811) 1:0
Maqnus Karlsen (Norveç, 2834) - Vladimir Kramnik (Rusiya, 2797) 0,5:0,5
Vişvanatan Anand (Hindistan, 2767) - Vey Yi (Çin, 2743) 0,5:0,5
Qavayn Cons (İngiltərə, 2640) - Aniş Giri (Hollandiya, 2752) 0,5:0,5
Pyotr Svidler (Rusiya, 2768) - Hou Yifan (Çin, 2680) 1:0
Uesli So (ABŞ, 2792) - Başikaran Adiban (Hindistan, 2655) 1:0
Maksim Matlakov (Rusiya, 2718) - Sergey Karyakin (Rusiya, 2753) 0,5:0,5