Şəhriyar superturnirdə vahid lider oldu: Tata Steel Chess 2018 - VI tur

ESTAFET/ Xəbər verdiyimiz kimi, Hollandiyanın Veyk-an-Zee şəhərində dünyanın ən nüfuzlu şahmat supertirnirlərindən biri olan "Tata Steel Chess 2018" yarışı davam edir.

Artıq 80-ci dəfə keçirilən superturnirdə Azərbaycanın ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov (reytinqi 2804) da iştirak edir. Geridə qalan 5 turda Şəhriyar 3,5 xalla yarışın 3 liderindən biridir.

Bu gün turnirdə 6-cı turun oyunları keçirilir.



Veyk-an-Zee, Hollandiya
Tata Steel Chess 2018 

 

VI Tur
Başikaran Adiban (Hindistan, 2655) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2804)  0:1
Fabiano Karuana (ABŞ, 2811) - Maksim Matlakov (Rusiya, 2718)  0,5:0,5
Yi Vey (Çin, 2743) - Uesli So (ABŞ, 2792)  0:1
Vladimir Kramnik (Rusiya, 2797) - Cons (İngiltərə, 2640)  0,5:0,5
Yifan Hou (Çin, 2680) - Sergey Karyakin (Rusiya, 2753)  0,5:0,5
Pyotr Svidler (Rusiya, 2768) - Maqnus Karlsen (Norveç, 2834)  0,5:0,5
Aniş Giri (Hollandiya, 2752) - Vişvanatan Anand (Hindistan, 2767)  0,5:0,5

 

6 turdan sonra turnir cədvəli: 1. Məmmədyarov - 4,5 xal, 2-4. Giri, Anand, So - 4 xal, 5-6. Karlsen, Kramnik - 3,5 xal, 7-10. Cons, Karyakin, Svidler, Matlakov - 3 xal, 11. Yi Vey - 2,5 xal, 12. Karuana - 2 xal, 13-14. Adiban, Yifan Hou - 1 xal. 

Müəllif: Natiq NƏSİROV