Cüdo üzrə Bakı birinciliyi başa çatdı
ESTAFET/ Sərhədçi İdman Olimpiya Kompleksində keçirilən U-21 gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulub.
Turnirin sonuncu günündə 5 çəki dərəcəsində mübarizə aparan cüdoçular arasında paytaxt birinciliyinin qalibləri müəyyənləşib.
Fuad Abbasov (60 kq), Sabir İsmayılov (73 kq), Fariz Ağayev (90 kq), Elvin Abbasov (100 kq) və Camal Feyziyev (+100 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.
Paytaxt birinciliyinin qalib və mükafatçılarına Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman baş idarəsinin medal və diplomları təqdim olunub.
Xatırladaq ki, 2 gün davam edən Bakı şəhər açıq birinciliyində 32 klubdan 318 gənc cüdoçu (295 oğlan və 23 qız) medallar uğrunda mübarizə aparıb.