"Qarabağ" ikinci oyundan da bərabərliklə ayrıldı
ESTAFET/ Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edərək, qış hazırlıqlarını Antalyada davam etdirən son çempion “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib. "Köhlən atlar"ın bu dəfəki rəqibi Polşanın “Lexiya” klubu idi.
Qdansk təmsilçisi ilə oyun Qurban Qurbanovun komandası üçün ikinci hazırlıq oyunu olub və görüş tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb.
Yoxlama oyunu
20 yanvar 2018
“Qarabağ” (Ağdam, Azərbaycan) - “Lexiya” (Qdansk, Polşa) 1:1
Qollar: Kintana 58 : Payxao 85
Xatırladaq ki, ilk oyunda Rusiyanın I Divizion təmsilçisi “Kuban”la qarşılaşan ağdamlılar görüşdən 2:2 hesablı bərabərliklə ayrılmışdı.