Şəhriyardan növbəti qələbə: Tata Steel Chess 2018 - VII tur
ESTAFET/ Xəbər verdiyimiz kimi, Hollandiyanın Veyk-an-Zee şəhərində dünyanın ən nüfuzlu şahmat supertirnirlərindən biri olan "Tata Steel Chess 2018" turniri davam edir. Artıq 80-ci dəfə keçirilən superturnirdə Azərbaycanın ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov (reytinqi 2804) da iştirak edir.
Geridə qalan 6 turdan sonra təmsilçimiz 4,5 xalla turnir cədvəlinin vahid lideridir. Bu gün Şəhriyar üçün vacib tur olduğunu desək yanılmarıq. Ağ fiqurlarla çinli Yi Veylə qarşılaşacaq Şah oyunu qələbə ilə başa vuracağı halda, sabah meydan sahibi Giri ilə qara fiqurlarla oyunda bərabə qalsada "taxt"dan düşməyəcək.
Veyk-an-Zee, Hollandiya
Tata Steel Chess 2018
VII Tur
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2804) - Yi Vey (Çin, 2743) 1:0
Maqnus Karlsen (Norveç, 2834) - Yifan Hou (Çin, 2680) 1:0
Vişvanatan Anand (Hindistan, 2767) - Vladimir Kramnik (Rusiya, 2797) 0:1
Sergey Karyakin (Rusiya, 2753) - Fabiano Karuana (ABŞ, 2811) 1:0
Uesli So (ABŞ, 2792) - Aniş Giri (Hollandiya, 2752) 0,5:0,5
Qavayn Cons (İngiltərə, 2640) - Pyotr Svidler (Rusiya, 2768) 0,5:0,5
Maksim Matlakov (Rusiya, 2718) - Başikaran Adiban (Hindistan, 2655)
6 turdan sonra turnir cədvəli: 1. Məmmədyarov - 4,5 xal, 2-4. Giri, Anand, So - 4 xal, 5-6. Karlsen, Kramnik - 3,5 xal, 7-10. Cons, Karyakin, Svidler, Matlakov - 3 xal, 11. Yi Vey - 2,5 xal, 12. Karuana - 2 xal, 13-14. Adiban, Yifan Hou - 1 xal.