Hakimimiz üçün daha bir təyinat

ESTAFET/ Avropa Voleybol Konfederasiyası (CEV) daha bir azərbaycanlı hakimə növbəti təyinat göndərib. Belə ki, Fikrət Axundov “Çelenc Cup”ın 1/8 final mərhələsində iş başında olacaq.

 

O, Nefelsdə kişi voleybolçular arasında təşkil olunacaq “Bioqas” (İsveçrə) - “Karlovarsko” (Çexiya) matçında ikinci hakim funksiyasını yerinə yetirəcək. Yanvarın 31-nə təsadüf edəcək görüşdə yunanıstanlı Nikolaos Fraqkakis əsas referi olacaq.

 

Bu komandalar arasında ilk matçda isveçrəlilər 3:1 hesabı ilə qalib gəliblər. 

Müəllif: Bəhruz MƏMMƏDOV