Son yarımfinalçı "Barselona" oldu: İspaniya Kral Kuboku

ESTAFET/ Futbol üzrə İspaniya Kral Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. İlk olaraq "Sevilya" "Atletiko"nu qəbul edirdi. Səfərdə 2:1 hesablı qələbə qazanan "Sevilya" doğma meydanda daha rahat qələbə qazanıb və adını yarımfinala yazdırıb. 


Yanvarın 24-də daha 2 qarşılaşma keçirilib. İlk oyunda evdə 2:1 hesablı qələbə qazanan “Valensiya” "Alaves” səfərində eyni hesabla məğlub olub. lakin penalti zərbələrində daha dəqiq olan "yarasalar" yarımfinala çıxıblar. 

 

Günün ikinci qarşılaşmasında isə mərhələnin sensasiyası yaşanıb. Belə ki, "Leqanes" səfərindən minimal hesablı qələbəylə dönən "Real" yarımfinal üçün evində bu üstünlükdən yararlanmayıb. Madriddə 2:1 hesablı qələbə qazanan "Leqanes" yarımfinala adlayıb.   

Mərhələnin son oyununda sabah Kataloniya derbisində ilk oyunu 0:1 hesabı ilə məğlub olan "Barselona" "Espanyol"u qəbul edirdi. İlk hissədə Suares və Messinin vurduğu qollarla "Barselona"ya yarımfinal üçün kifayət edib. 



İspaniya Kral Kuboku, 2017/2018 mövsümü
1/4 final mərhələsi (cavab oyunları)



23 yanvar
“Sevilya” - “Atletiko”  3:1 (ilk oyun 2:1)
Qollar: Eskudero 1, Baneqa 48 (p.), Sarabia 79 : Qrizmann 13

 

24 yanvar

“Alaves” - “Valensiya” 2:1  (ilk oyun 1:2) penaltilərdə 2:3

Qollar: El Haddadi 73, Sobrino 86 : Mina 77


“Real” - “Leqanes”  1:2  (ilk oyun 1:0)
Qollar: Benzema 47 : Eraso 31, Gabriel 55 

25 yanvar

“Barselona” - “Espanyol”  2:0  (ilk oyun 0:1)

Qollar: L.Suares 9, Messi 25
 

Müəllif: Orxan NOVRUZOV