Maksimov "Keşlə"də qələbə ilə başladı
ESTAFET/ Antalyada təlim-məşq toplanışında olan Premyer Liqa klublarımızdan olan “Keşlə” bu gün ilk yoxlama oyununu keçirib.
Komandanın ukraynalı yeni baş məşqçisi Yuri Maksimov yetirmələrini “Rabotniçki” (Makedoniya) ilə qarşılaşmada iş başında yoxlayıb.
Skarlatakenin vurduğu qoldan başqa oyunda qol olmayınca keşləlilər qələbəyə seviniblər.
Yoldaşlıq görüşü
26 yanvar
"Keşlə" - "Rabotniçki" 1:0
Qol: Skarlatake, 30
Qeyd edək ki, “Keşlə”nin toplanış çərçivəsində yanvarın 29-da “Karpatı” (Ukrayna), fevralın 1-də isə “Yenisey”lə (Rusiya) oyunları da nəzərdə tutulub.