Yığmamızın oyunçuları Rusiyada qalib gəldilər

ESTAFET/ Qadın voleybolçular arasında Rusiya Superliqasında XVI turun oyunları keçirilib. Tur çərçivəsində Azərbaycan millisinin oyunçuları da meydana çıxıblar.

 

Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan “Dinamo”su “Zariçye-Odintsovo”nu qəbul edib. Qarşılaşmada Tatarstan təmsilçisi 3:1 hesabı ilə qalib gəlib. Məmmədova görüş ərzində 16 xal toplayıb.

 

Yığmamızın blokçusu Kseniya Poznyakın kapitanı olduğu “Leninqradka” isə səfərdə “Proton”la üz-üzə gəlib. Matç Sankt-Peterburq klubunun qələbəsi ilə yekunlaşıb - 3:0. Poznyak qalib gəldikləri görüşdə 5 xal yığıb.

 

Qeyd edək ki, Kazan “Dinamo”su 16 oyundan sonra liderliyini qoruyub. Aktivində 45 xalı olan komanda turnir cədvəlinə başçılıq edir. “Leninqradka” isə 18 xalla 7-cidi.

Müəllif: Natiq NƏSİROV