Badmintonçularımız ilk görüşlərindən məğlub oldular

ESTAFET/ Kişi badmintonçularımız İranın Zəncan şəhərində startı verilən "Iran Fajr challenge" turnirində iştirak edib.

 

Təmsilçilərimizdən Teymur Abbasov iranlı Parsa Şahbaziyə 0:3 hesabı ilə məğlub olub. Cahid Əlhəsənovla yerli idmançı Farbod Yasaminin görüşü isə gərginliyi ilə seçilib. Badmintonçumuz 2 setdə rəqibindən üstün olsa da,yekunda 2:3 hesabı ilə uduzub. Kənan Rzayevlə Möhsen Masoumitəbərzəncaninin görüşündə də qalib son anda müəyyənləşib. İranlı idmançı 5 setin yekununda 3:2 hesablı qələbə qazanıb. Digər badmintonçumuz Səbuhi Hüseynov iranlı idmançı Əlirza Kərəmiyə 0:3 hesabı ilə məğlub olub. Orxan Qələndərov isə Məhəmmədəmin Əliəkbərianla görüşdə mübarizəni dayandırıb. İranlı idmançı təmsilçimiz üzərində 3:1 hesablı qələbə qazanıb. Badmintonçularımızın qoşa yarışlarda da rəqibləri iranlı idmançılar olub. Teymur Abbasovla Cahid Əlhəsənov qoşa yarışlarda iranlı Həsən Motagi və Mehran Şahbazi cütünə 0:3 hesabı ilə məğlub olub. Orxan Qələndərov Kənan Rzayev cütü isə Məhəmmməd Pəirəvand Seyid Armin Zəkizadə tandeminə 1:3 hesabı ilə məğlub olub. 

Müəllif: Orxan NOVRUZOV