İkinci yarının ilk təyinatları: TPL - XV TUR

ESTAFET/ Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında qış fasiləsi başa çatır. Şənbə və bazar günü XV turun oyunları ilə mövsümün ikinci yarısına start veriləcək.

 

Keçiriləcək bütün görüşlər “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. Peşəkar Futbol Liqası turun hakim təyinatlarını açıqlayıb. Tura Əliyar Ağayev start verəcək, Rəhim Həsənov yekunlaşdıracaq. 

 

10 fevral 2018

16:00 “Zirə” - “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov
Zirə İdman Kompleksinin stadionu

 

19:00 “Qarabağ” - “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə
“Azersun Arena”

 

11 fevral 2018

15:00 “Keşlə” – “Səbail”
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Rahil Ramazanov, Elvin Əsgərov
“İnter Arena”

 

17:30 “Neftçi” – “Kəpəz”
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Vüqar Bayramov, Rəşad Əhmədov
“Bakcell Arena”

Müəllif: Orxan NOVRUZOV