Sablyaçılarımız qitə birinciliyinə Minskdə hazırlaşır

ESTAFET/ Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamızın üzvləri Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışındadır. Fevralın 18-nə kimi davam edəcək məşq prosesi həmçinin martda Rusiyanın Soçi şəhərində keçiriləcək yeniyetmə və gənclərin Avropa birinciliyinə hazırlıq xarakteri daşıyır.
Toplanışa Sevil Bunyatova, Sevinc Bunyatova, Aysel Əhədova, Nərminə Cəfərova, Sara Aydəmirova və Xədicə Şamilovadan ibarət heyət cəlb olunub.

