İspaniya Kubokunda finalın adı bəlli oldu

ESTAFET/ Futbol üzrə İspaniya Kral Kubokunda artıq ikinci finalçının da adı bilinib. Belə ki, həlledici görüşdə oynamaq hüququna "Barselona" yiyələnib.
Yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində evdə “Valensiya”nı 1:0 hesabı ilə üstələyən katalonlar, səfərdə keçirilən cavab görüşündə Filipp Koutinyo və İvan Rakitiçin qolları sayəsində 2:0 hesablı qələbəyə seviniblər.
Bununla da, İspaniya Kral Kubokunun finalında "Barselona" 1 gün öncə bu hüquqa yiyələnmiş "Sevilya"ya rəqib olub.

