Təmsilçimizin mübarizəyə qoşulacağı vaxt: Pxençxan-2018

ESTAFET/ Azərbaycanın 1 idmançı ilə təmsil olunduğu XXIII Qış Olimpiya Oyunlarında artıq demək olar ki, bütün idman növlərində mübarizəyə start verilib.

 

Bayrağımız altında mıxış edəcək Patrik Braxnerin Pxençxanda keçirilən Oyunlarında mübarizəyə qoşulacağı gün və saat məlum olub. “Ağ Olimpiada”da yeganə təmsilçimiz ilk cəhdini fevralın 18-də edəcək.

 

Həmin gün təmsilçimiz Bakı vaxı ilə 05:15-də nəhəng salolom yarışlarına qoşulacaq. Sıralamanın nəticəsinə əsasən Braxner 3,5 saat sonra yenidən mübarizəni davam etdirə bilər. 

 

Milliləşdirilmiş avstriyalı slalom yarışlarında isə fevralın 22-də qüvvəsini sınayacaq. Bu dəfə də idmançılar start xəttinə 05:15-də çıxacaqlar.

 

Qeyd edək ki, Braxner Azərbaycan millisinin heyətində Soçi-2014-də də yer alıb. 

Müəllif: Natiq NƏSİROV