İngilis klubları səfərdən uğurla döndülər: ÇL - 1/8 final

ESTAFET/ Uzun fasilədən sonra UEFA Çempionlar Liqasında mübarizə qaldığı yerdən davam edir. Belə ki, bu gün turnirin 1/8 final mərhələsinin ilk iki oyunu keçirilib.
Günün əsas oyunu İtaliyada keçirilirdi. Turində ÇL-in son finalçısı, yerli “Yuventus” İngiltərə Premyer Liqasında son vaxtlar sərgilədiyi gözəl futbolla diqqətləri cəlb edən “Tottenhem”i qəbul edib. Vurğulayaq ki, bu, komandaların avrokuboklarda ilk qarşılaşması idi.
Görüşə uğurlu başlayan "Qoca sinyora" artıq 9-ci dəqiqədə İquanin qolları ilə 2:0 hesabı ilə öndə idi. 35-ci dəqiqədə Keyn qollardan birinin əvəzini çıxa bilib. İlk hissəyə əlavə edilmiş 2-ci dəqiqədə İquain matçın taleyini həll edə bilərdi. Lakin o, "xoruzlar"ın qapısına təyin edilmiş penaltini yerinə yetirə bilməyib. Bu psixoloji üstünlükdən yararlanan qonaqlar ikinci hissədə bərabərlik qolunu da vura biliblər və səfərdən lazımi nəticə ilə dönməyi bacarıblar.
Günün digər oyununda İsveçrə “Bazel”i Çempionlar Liqasının favoritlərindən biri olan “Mançester Siti”ni qəbul edirdi. “Şəhərlilər”in heyətində Fabian Delf, Qabriel Jezuş, Benjamin Mendi və Leroy Sane zədəli olsalar da, Qvardiolanın komandası böyükhesablı qələbə qazanmaqla, cütün taleyini həll ediblər.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
13 fevral 2018
23:45 “Yuventus” (İtaliya) - “Tottenhem” (İngitərə) 2:2
Qollar: İquain 2, 9 : Keyn 35, Eriksen 71
Baş hakim: Feliks Brix (Almaniya)
"Yuventus" stadionu, Turin
23:45 “Bazel” (İsveçrə) - “Mançester Siti” (İngiltərə) 0:4
Qollar: Gündoğan 14, 53, Silva 18, Aquero 23,
Baş hakim: Yonas Eriksson (İsveç)
"Sankt-Yakob Park", Bazel
