Mərhələnin ilk oyununda sükut pozulmadı: AL - 1/16 final

ESTAFET/ UEFA Avropa Liqasında 1/16 final mərhələsinə start verilir. Bu gün mərhələnin 1 qarşılaşması baş tutub.
Günün yeganə oyununda Moskva MOİK-i Serbiyada "Srvena Zvezda"nın qonağı olub. Tərəflərin cəhdlərinə baxmayaraq qapılara qol vurulmayıb.
Ruslar Çempionlar Liqasında "Mançester Yunayted", "Bazel" və "Benfika" ilə birgə yer aldığı qrupda 3-cü yeri tutaraq Avroliqada bu mərhələyə qatılıblar. "Srvena Zvezda" isə son Avroliqanın qrupuna "Köln" və BATE-ni qabaqlayaraq 1/16 finala çıxıb.
1/16 final mərhələsinin digər 15 oyunu fevralın 14-də keçiriləcək.
UEFA Avropa Liqası
1/16 final mərhələsi, ilk oyun
13 fevral 2018
"Srvena Zvezda" (Serbiya) - MOİK (Moskva, Rusiya) 0:0
Baş hakim: Pavel Raçkovski (Polşa)
"Rayko Mitiç" stadionu, Belqrad

