Finalın keçiriləcəyi stadion müəyyənləşdi

ESTAFET/ Futbol üzrə İspaniya Kral Kubokunun final oyununun keçiriləcəyi məkan müəyyənləşib. İspaniya mətbuatının məlumatına görə, həlledici qarşılaşma Madriddə keçiriləcək.
Belə ki, "Barselona" ilə "Sevilya" arasında aprelin 21-də keçiriləcək final oyunu "Atletiko"nun yeni stadionu olan "Vanda Metropolitano"da baş tutacaq. Bu oyun, 67 min 829 azarkeş tutumuna malik arenanın qəbul edəcəyi ilk final olacaq.
Qeyd edək ki, Çempionlar Liqasının 2018-2019 mövsümünün final qarşılaşması da "Vanda Metropolitano"da keçiriləcək.
