Boksçularımızın Bolqarıstanda fiaskosu

ESTAFET/ Xəbər verdiyimiz kimi, fevralın 19-dan etibarən Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turniri start götürüb. 69-cu dəfə keçiriləcək yarışda həm kişilər, həm də qadınlar 10 çəki dərəcəsi üzrə fevralın 25-dək qalibləri müəyyənləşdirəcəklər.
Azərbaycan yalnız kişi boksçuların turnirində çıxış edir. Boksçularımızın turnirdəki çıxışını tam olaraq, uğursuz adlandırmaq olar. Belə ki, məşqçilər korpusu yarışda 7 boksçuya - Araz İmaməliyev (49 kq), Məsud Yusifzadə (52 kq), Ümid Rüstəmov (56 kq), Sayad Lalayev (60 kq), Elvin İsayev (64 kq), Eldar Quliyev (81 kq) və Rahil Məmmədliyə (91 kq) şans vermişdilər. 7 boksçumuzdan 6-ı ilk görüşlərindən məğlub olaraq mübarizəni dayandırıblar. Yalnız 52 kq çəki dərəcəsində döyüşən Məsud Yusifzadə çətinliklə də olsa, bolqar boksçuya qalib gəlməyi bacarıb - 3:2
Digər boksçularımızın keçirdiyi görüşlər və nəticələri:
49 kq: Araz İmaməliyev - Jonqlin Vun (Çin) 1:4
56 kq: Ümid Rüstəmov - Raymond Ford (ABŞ) 0:5
60 kq: Sayad Lalayev - Hrayr Şahverdiyan (Ermənistan) 1:4
64 kq: Elvin İsayev - Luis Fernando Rodrigez (Braziliya) 0:5
81 kq: Eldar Quliyev - Mixail Koxançik (Qazaxstan) 1:3
91 kq: Rahil Məmmədl - Abzal Kuttıbekov (Qazaxstan) 1:4
Ölkəmizi Bolqarıstanda hakim kimi Fikrət Hacıyev təmsil edir.
“Strandja” turnirinə 34 ölkədən 300-dən artıq boksçunun qatılıb.
