"Qarabağ" son çempionu məğlub etdi

ESTAFET/ Bu gün qadın həndbolçular arasında Azərbaycan çempionatında 13-cü turun oyunları keçirilib. İlk olaraq, çempionluğa iddialı “Azəryol” autsayderlərdən olan “İdman Akademiyası” ilə qarşılaşıb. Oyun favoritlərin 37:28 hesablı qələbəsi ilə yekunlaşıb. 

 

Digər autsayder “Gənclər Birliyi” isə turnir cədvəlinin hazırkı lideri “Azərsu kollektivi qarşısında sınağa çıxıb. İmtahandan üzüağ çıxmağı bacarmayan gənclər 24:40 hesabı ilə məğlub olublar.

 

Turun mərkəzi oyununda “Qarabağ” son çempion “Nur”la üz-üzə gəlib. Olduqca gərgin keçən görüşdə "Qarabağ" həndbolçuları minimal hesablı qələbə qazanmağa müvəffəq olublar - 29:28. 

Müəllif: Natiq NƏSİROV