"Sumqayıt" və "Qarabağ"dan çətin qələbə: PFL - XVII tur

ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında XVII tura yekun vurulub. Dünən olduğu kimi, yenə hər 2 qarşılaşma Bakıda oynanılıb.
İlk olaraq “Keşlə” ilə “Sumqayıt” meydana çıxıb. Görüş qonaqların qələbəsi ilə başa çatıb.
Tura son çempion və liderin oyunu ilə yekun vurulub. Ardıcıl 5-ci çempionluq üçün mübarizə aparan “Qarabağ” “Kəpəz”i sınağa çəkib. "Qarabağ" bu görüşdə qələbəni sona 5 dəqiqə qalmış vurduğu mübahisəli qolla təmin edib.
Topaz Premyer Liqası, 2017/2018 mövsümü
XVII turun oyunları
25 fevral 2018
“Qarabağ” – “Kəpəz” 1:0
Qol: Mahir Mədətov 85
İlk iki dövrədəki oyunlar – 2:0, 2:0
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Cəmil Quliyev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Əhmədağa Cabbarov
“Azərsun Arena”
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 8. Markos Madera, 12. Şahruddin Məhəmmədəliyev, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 70. Nicat Süleymanov, 77. Donald Qerye, 90. Ramil Şeydayev, 98. Ruslan Hacıyev
Baş məşqçi: Qurban Qurbanov
“Kəpəz”: 22. Sergey Litovçenko, 4. Şəhriyar Əliyev, 8. Samir Zərgərov, 9. İlkin Sadıqov, 13.Şəhriyar Rəhimov (k), 15. İqor Korotetski, 16. Quili Mandqaladze, 18. Tural Cəlilov, 20. Tərzin Cahangirov, 48. Dieqo Qusmao, 91. Dario Federiko
Ehtiyat oyunçular: 1.Davud Kərimi, 2. Yusif Cəfərov, 3. Dedimar Ferreyra, 5. Tural Nərimanov, 6. Ceyhun Cavadov, 7. Roman Hüseynov, 10. Tural Rzayev, 11. Kamran Abdullazadə, 12. İlyas Səfərzadə, 21. Murad Səttarlı, 55. Tərlan Qasımzadə
Baş məşqçi: Yunis Hüseynov
“Keşlə” – “Sumqayıt” - 1:2
Qollar: Rail Məlikov 12 (ö.q.) - Tural Axundov, 3 (p.), Rəşad Eyyubov, 90
İlk iki dövrədəki oyunlar – 1:1, 1:3
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Elşən Acalov, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Vüsal Əliyev
“İnter Arena”
“Keşlə”: 1. Kamran Ağayev (k), 3. Denis Silva, 4. Slavik Alxasov, 9. Pərdis Fərcad-Azad, 10. Sezar Meza Kolli, 21. Herve Tçami, 22. Məqsəd İsayev, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 65. Cabir Əmirli, 90. Ebrima Sohna
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 7. Vaqif Cavadov, 14. Andre Klennon, 33. Tərlan Quliyev, 39. Əlibəy Məmmədli, 66. Murad Qayalı, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev
Baş məşqçi: Yuri Maksimov
“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 10. Cavid İmamverdiyev, 11. Ehtiram Şahverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 70. Ülvi İsgəndərov
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 9. Amil Yunanov, 13. Bəhlul Mustafazadə, 17. Nicat Qurbanov, 25. Süleyman Əhmədov, 32. Rəşad Eyubov, 77. Elnur Abdullayev, 97. Xəyal Nəcəfov
Məşqçi: Seymur Rəhimov
Turnir cədvəli
| № | Komandalar | O | Q | B | M | T-F | X |
| 1 | Qarabağ | 17 | 14 | 2 | 1 | 27 - 6 | 44 |
| 2 | Qəbələ | 17 | 11 | 2 | 4 | 31 - 17 | 35 |
| 3 | Zirə | 17 | 9 | 5 | 3 | 26 - 15 | 32 |
| 4 | Sumqayıt | 17 | 8 | 3 | 6 | 22 - 19 | 27 |
| 5 | Neftçi | 17 | 6 | 2 | 9 | 19 - 19 | 20 |
| 6 | Səbail | 17 | 5 | 2 | 10 | 12 - 24 | 17 |
| 7 | Keşlə | 17 | 3 | 3 | 11 | 12 - 27 | 12 |
| 8 | Kəpəz | 17 | 2 | 1 | 14 | 10 - 32 | 7 |
Bombardir: Baqali Dabo ("Qəbələ") - 11 qol

