Alonso dəbilqəsində ciddi dəyişiklik etmədi

ESTAFET/ Yeni mövsümdə həm Formula 1-də, həm də WEC-də mübarizə aparacaq Fernando Alonso dəbilqəsini təqdim edib.
Yeni dəbilqə Alonsonun İndy və Daytona yarışlarında istifadə etdiyi dəbilqələrin dizaynına bənzəyir. Buna görə də ispaniyalı sürücü bu dəbilqədən böyük ehtimalla WEC-də də istifadə edəcək. 36 yaşlı sürücünün dəbilqəsinsə İspaniya bayrağının rəngləri ilə yanaşı anadan olduğu Asturiya əyalətinin bayrağındakı mavi rəngdən də istifadə olunub. Dəbilqənin üzərində sponsorların – Chandon, PetroBras və Kimoa-nın loqotipləri də var.
Mənbə: F-1.az
