Messi 600-ə çatdı

ESTAFET/ Futbol üzrə İspaniya La Liqasının XXVI turu çərçivəsində bu gün keçirilən "Barselona" - "Atletiko" görüşü birincilərin hücumçusu Lionel Messi üçün əlamətdar olub. Belə ki, "Atletiko" üzərində minimalhesablı qələbəni (1:0) gətirən yeganə qol argentinalı forvard üçün yubiley olub.
Bu qolla Messi karyerası ərzində 600-cü rəsmi qoluna imza atıb. O, bunun 539-nu "Barselona"da, 61-ni isə Argentina millisində vurub. Messi bu qolların vurulması üçün 747 oyunda meydana çıxmalı olub.

