1/4 final mərhələsinin püşkü atılıb - Çempionlar Liqası

ESTAFET/ Bu gün Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb. Mübarizəni davam etdirən 8 komanda 4 cütlük təşkil edib.
İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə klubların rəqibləri “kor püşk”lə müəyyənləşib. Püşk İngiltərə klubları “Liverpul”la “Mançester Siti”ni üz-üzə qoyub.
Mərhələ İspaniya – İtaliya duelləri ilə əlamətdar olacaq. “Barselona” “Roma”, “Real” “Yuventus”la görüşəcək. Digər cütdə isə “Bavariya” “Sevilya”nı sınağa çəkəcək.
UEFA Çempionlar Liqası, 2017/18 mövsümü
1/4 final mərhələsinin qarşılaşmaları
“Barselona” (İspaniya) - “Roma” (İtaliya)
“Sevilya” (İspaniya) - “Bavariya” (Almaniya)
“Yuventus” (İtaliya) - “Real” (İspaniya)
“Liverpul” (İngiltərə) - “Mançester Siti” (İngiltərə)
Mərhələnin ilk oyunları 3-4 aprel, cavab matçları ilə 10-11 aprel tarixlərində keçiriləcək.
