Avropa Liqasında da 1/4 finalda rəqiblər bəlli oldu

ESTAFET/ Çempionlar Liqasının püşkatmasının ardınca bu gün UEFA Avropa Liqasının 1/4 final mərhələsinin də püşkü atılıb. İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə turnirində mübarizə aparan 8 komanda 4 cütlük təşkil edib.
Fərqli ölkələri təmsil edən klublar rəqiblərini “kor püşk”lə tanıyıb.
UEFA Avropa Liqası, 2017/18 mövsümü
1/4 final qarşılaşmaları
“Atletiko” (İspaniya) - “Sportinq” (Portuqaliya)
“Leypsiq” (Almaniya) - “Marsel” (Fransa)
“Latsio” (İtaliya) - “Zalsburq” (Avstriya)
“Arsenal” (İngiltərə) – MOİK (Rusiya)
Xatırladaq ki, 1/4 finalın ilk oyunları 5, cavab görüşləri isə 12 aprel tarixlərində keçiriləcək.

