“Kəpəz” məşqləri bərpa etdi

ESTAFET/ “Kəpəz” iki günlük bayram istirahətindən sonra məşqləri bərpa edib. “Sarı-göylər” Bakıda hazırlıq keçir. Komanda dünən və bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edib.
Xatırladaq ki, Gəncə klubu Topaz Premyer Liqasının XXI turu çərçivəsində aprelin 1-də doğma meydanda “Zirə” ilə qarşılaşacaq.

