"Şükürlər olsun ki, qol buraxmadıq": Yunis Hüseynov

ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının XXI turunun “Kəpəz” – “Zirə” oyunundan (0:0) sonra baş məşqçilərin mətbuat konfransı keçirilib. “Sarı-göylər”in çalışdırıcısı Yunis Hüseynov oyunla bağlı belə danışıb:

 

“Fasilə müddətində yoxlama oyunu keçirə bilmədik. Bəzi klublar oynamaq istəmədilər. Ona görə də ilk yarıda uşaqlar oyun baxımından bir az özlərinə gələ bilməmişdilər. Amma ikinci hissədə futbolçular pis təsir bağışlamadılar. Son matçlarda 85-ci dəqiqədən sonra qollar buraxmışıq. Yenə də matçın sonlarına doğru rəqibin qol vurmaq imkanı oldu. Şükürlər olsun ki, qol buraxmadıq (gülümsəyir). Bizim də fərqlənmək üçün şanslarımız oldu. Bu vəziyyətləri reallaşdıra bilsəydik, qələbə qazana bilərdik. Qarşıda ağır oyunlarımız var. Zədəli futbolçuların olması məni narahat edir. Guili Manjqaladazenin sarı vərəqə limitini doldurması da heç yaxşı olmadı. Gələn oyunda iştirak edə bilməyəcək. Əsas oyunçularımızdan biridir. Çalışacağıq ki, növbəti turda daha da əzmkar oyun göstərək”. 

Müəllif: Bəhruz MƏMMƏDOV