Avropa Çempionatında qüvvələr bölgüsü necə olacaq?
ESTAFET/ 12-15 aprel tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək Batut Gimnastikası, Tamblinq və İkili Mini-batut üzrə Avropa Çempionatı Azərbaycanda ən yadda qalan idman tədbirlərindən biri olacaq. Bu yarışda təkcə medallar uğrunda mübarizə aparmaq üçün deyil, həm də 2019-cu ildə Minskdə baş tutacaq Avropa Oyunları, həmçinin Buenos Ayresdə təşkil ediləcək Yeniyetmələr arasında Olimpiya Oyunlarında çıxış etmək şansı uğrunda 25 ölkədən 400-dən çox gimnast iştirak edəcək. Beləliklə, 2018-ci ilin Avropa Çempionatında qüvvələr bölgüsü necə olacaq?
Batut gimnastikası (fərdi çıxış)
Yarışların əsas favoritləri sırasında Belarus təmsilçiləri hazırkı Avropa çempionu və Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi Vladislav Qonçarov və onun həyat yoldaşı Anna Qonçarovanın adlarını çəkmək olar. Anna əvvəllər Harçonak soyadı ilə çıxış edərək, 2014-cü ildə qitə birinciliyinin qalibi olub. Cütlüyün Bakıda qələbəni qeyd etmək şansı var. Onların əsas rəqibi olaraq, tərkibində Avropa Çempionatının gümüş mükafatçısı Dmitriy Uşakov, Mixail Melnik, həmçinin öz ötən ilki titulunu qoruyacaq Yana Pavlovanın çıxış edəcəyi Rusiya komandasını göstərmək olar.
Öz növbəsində, Böyük Britaniya bu qitə birinciliyinin onun üçün artıq sayca 8-ci olacağı Ket Driskolun, eləcə də Lyuk Stonq, Natan Beyli, Laura Qallaqer və yeniyetmələr arasında Dünya və Avropa çempionu olmuş İzzi Sonqherstin təcrübəsinə etibar edə bilər.
Azərbaycanı təmsil edən İlya Qrişunin kimi, “Dutch Open” adlı turnirdən bu yaxınlarda qazandıqları qələbədən sonra fransızlar Sebastyan Martini və Allan Morante də finala düşmək niyyətindədirlər.
Qadınlar arasında isə portuqaliyalı Ana Renta, Ukraynadan olan Natalya Moskvina və Olimpiadada çıxış təcrübəsinə malik Gürcüstandan olan Lyuba Qolovinanı qeyd etmək olar.
Batut gimnastikası (sinxron çıxış)
Dünya çempionları olan Belarus idmançıları Oleq Rubtsov və Vladislav Qonçarov Avropa “qızılı”nı da qazanmaq niyyətindədirlər. Bundan başqa, bir il öncə V. Qonçarov qitə birinciliyində qələbəsini sinxron cütlük tərkibində Mixail Kazakla qeyd etmişdi. Dünya Çempionatının bürünc medalçıları Sebastyan Martini və Allan Morante isə Andrey Yudin və Dmitriy Uşakovdan ibarət dinamik rusiyalı cütlük, həmçinin Portuqaliyadan olan Dieqo Abreu və Dieqo Qanjino ilə rəqabət aparacaqlar. Dünya Çempionatının ikincisi ukraynalı Mikola Prostorov isə Bakıda Artyom Savçenko ilə birlikdə çıxış edəcək.
Qadın cütlüklər arasında mübarizənin də kifayət qədər kəskin keçəcəyi gözlənilir. Fransızlar Marin Jurbe və Lea Labrous da öz titullarını qorumağa çalışacaqlar. Keçən ilki Avropa Çempionatının gümüş medalçıları Rusiyadan olan Syuzana Koçesok və Yana Pavlovanın, eləcə də qitə birinciliyinin bürünc medalçıları portuqaliyalı Ana Renta və Beatris Martinsin da adlarını çəkməyə dəyər. Eyni zamanda çox bacarıqlı belaruslu cütlük Anna Qonçarova və Marina Maxrinskayanı dan yaddan çıxarmaq olmaz.
İkili mini-batut
Bu proqramda şəksiz ulduz isə rusiyalı gimnast Mixail Zalomindir. Dəfələrlə Dünya və Avropa çempionu olmuş Mixail ötən il Ümumdünya Oyunlarında qələbəsini qeyd etdi və bu dəfə də Bakıda qızıl medal qazanmaq niyyətindədir. Lakin, proqramın texnikası və icranın çətinliyi cəhətdən bir sıra gimnastlar ona rəqib ola bilərlər. Bunlar Mixailin Rusiya yığması tərkibindəki komanda yoldaşı Aleksandr Odinçov və ispan Daniel Peresdir.
Qadınların yarışına gəldikdə isə, iki il öncə Valladoliddə (İspaniya) Avropa çempionu titulunu qazanmış isveçli Lina Syerberqin adını çəkməyə dəyər. Syerberqin çıxışının hədsiz çətinliyi bütün çətinlik rekordlarını qırmasa da, o əldə etdiyi nailiyyətlərlə kifayətlənmək niyyətində deyil. İsveçli gimnasta əsas rəqiblər isə Böyük Britaniyadan olan Kristi Bey və Rusiya təmsilçiləri Polina Troyanova və İrina Alekseyevadır.
Tamblinq
Bu proqramda Azərbaycan yığma komandasının əsas ümidi Mixail Malkinlə bağlıdır. O, ötən il Sofiyada (Bolqarıstan) keçirilmiş Dünya Yaş Qruplarının tamblinq cığırında qalibi olmuş, həmçinin Dünya Kuboklarından tam dəst medallar qazanmışdır. Onun rəqibləri sırasında yaxın zamanlara kimi yeniyetmələr arasında çıxış edən Rusmus Steffensen və onun Danimarka yığmasındakı komanda yoldaşı Andres Uelçi göstərmək olar. Finala düşmək uğrunda eləcə də, britaniyalı Qreq Taunli, Elliot Braun, Kallum Mulholl, Kristof Uillerton, o cümlədən, rusiyalı Aleksandr Lisıçin, Maksim Şlyakin, Qriqoriy Noskov və Vadim Afanasyev mübarizə aparacaqlar.
Qadınlar arasında isə ilk dəfə Dünya çempionu titulunu 1998-ci ildə əldə etmiş canlı əfsanə Anna Korobeynikova Bakıda Avropa “qızılı”nı da qazanmaq niyyətindədir. Rusiyalı gimnastla yanaşı, fəxri kürsüdəki yerlər uğrunda Belçikadan Taçina Pyeters, fransız Mari Delo, britaniyalı Lyusi Kolebek və Reyçel Devis, həmçinin Rusiyadan olan daha bir idmançı Viktoriya Danilenko yarışacaqlar.