Yığmamızın Avropa çempionatı üçün heyəti açıqlandı

ESTAFET/ Batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Gimnastika Federasiyasından verilən məlumata görə, aprelin 12-15-də Bakıda keçiriləcək Avropa çempionatına yığmamız 11 idmançı ilə qatılacaq.

 

Məşqçilər korpusu yarışda İlya Qrişunin, Ruslan Ağamirov, Riyad Abbasov, Veronika Zemlianaya, Svetlana Makştarova, Tofiq Əliyev, Selcan Məsudova, Mixail Malkin, Fərid Mustafayev, Adil Hacızadə və Elnur Məmmədova şans verəcək.

 

Yarışda ümumilikdə isə 25 ölkədən 400-dən artıq gimnastın iştirakı planlaşdırılır. 

Müəllif: Bəhruz MƏMMƏDOV