"Liverpul" və "Barsa" yarımfinala doğru böyük addım atdılar: ÇL - 1/4 final

ESTAFET/ Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarında son iki qarşılaşma keçiriləcək. 

 

Bu qarşılaşmaların birində iki ingilis klubu - “Liverpul” və “Mançester Siti” “Enfild Roud”da münasibətlərinə aydınlıq gətirəcəklər. 

 

Digər qarşılaşmada isə “Barselona” təmsilçimiz "Qarabağ"ın da çıxış etdiyi qrupu lider bitirən “Roma”nı qəbul edəcək. Qeyd edək ki, katalonlar İtaliya klublarına qarşı keçirdiyi son 12 ev oyununda məğlub olmayıb.   

 

UEFA Çempionlar Liqası, 2017/18 mövsümü

1/4 final - ilk oyunlar

 

4 aprel 2018

“Liverpul” (İngiltərə) - “Mançester Siti” (İngiltərə)  3:0

Qollar: Salah 12, Okselnd-Çemberlin 21, Mane 31

Baş hakim: Feliks Brix (Almaniya)

Liverpul, “Enfild Roud” stadionu

 

“Barselona” (İspaniya) - “Roma” (İtaliya)  4:1

Qollar: De Rossi 38 (ö.q.), Manolas 55 (ö.q.), Pike 59, Suarez 87 : Dzeko 80

Baş hakim: Danni Makiele (Hollandiya)

Barselona, “Nou Kamp” stadionu 

Müəllif: Orxan NOVRUZOV