Həftənin ən yaxşısı yenə "Liverpul"lu oldu

ESTAFET/ Səsvermənin yekunlarına görə, futbol üzrə UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı oyunçusu müəyyənləşib. Ötən həftə olduğu kimi, bu həftə də “Liverpul”un futbolçusu fərqlənib. Belə ki, komandanın hücumçusu Sadio Mane bu sorğunun qalibi olub. 

 

UEFA-nın rəsmi saytında keçirilən açıq səsvermədə səslərin 51%-ni toplayan seneqallı futbolçu “Roma”dan Edin Ceko (31%) və “Yuventus”dan Mario Mandjukiçi (16%) qabaqlayıb.

Müəllif: Bəhruz MƏMMƏDOV