Salah yenə birinci oldu
ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin oyunlarında vurulan ən yaxşı qol müəyyənləşib.
UEFA-nın rəsmi "Twitter” səhifəsinin paylaşımına görə, "Liverpul”un (İngiltərə) misirli forvardı Məhəmməd Salahın "Mançester Siti”yə 2:1 hesabı ilə qalib gəldikləri cavab oyununda vurduğu qol azarkeşlərin 39 faizinin səsinə əsasən ən yaxşı qol seçilib.
İkinci yeri 30 faiz səslə "Real Madrid”in (İspaniya) hücumçusu Kriştianu Ronaldunun ebdə "Yuventus”u 3:0 hesabı ilə məğlub etdikləri oyunda aşırma zərbəsi ilə vurduğu qol tutub. Üçüncü yerdə isə 14 faiz səslə "Liverpul”un yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberlen qərarlaşıb. Onun "Mançester Siti”yə 3:0 hesabı ilə qalib gəldikləri oyunda vurduğu qol fərqlənib.