Avropa çempionatının ilk qalibləri müəyyənləşib

ESTAFET/ Aprelin 12-də Bakıdakı Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının ilk qalibləri müəyyənləşib. Belə ki, yeniyetmələr arasında batut gimnastikası üzrə komanda yarışlarında sahiblərini tapıb.

 

Oğlanların mübarizəsində Belarus millisi Avropa çempionatının qalibi olub. Böyük Britaniya yığması yarışı ikinci, Rusiya isə üçüncü pillədə başa vurub.

 

Qızların yarışında Rusiya komandası qızıl, Belarus gümüş, Yunanıstan isə bürünc medala sahib olublar.

 

Yarışların ilk günündə böyüklər arasında tamblinq üzrə millimizin üzvü Mixail Malkin finala, yeniyetmələrin batut gimnastikası yarışlarında Selcan Maqsudova yarımfinala yüksəliblər.

 

Qeyd edək ki, bu çempionatda yeniyetmə gimnastlar 2018-ci ildə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ildə təşkil olunacaq II Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.

Müəllif: Bəhruz MƏMMƏDOV