Azərbaycan Qran Prisi 2018 - Formula 1

ESTAFET/ Formula 1 üzrə 2018-ci il Dünya çempionatında həyəcan davam edir. Bu həftəsonu sürət həvəskarlarının diqqəti paytaxtımızda idi. Belə ki, çempionatın bu mövsüm üçün 4-cü mərhələsi olan Azərbaycan Qran Prisi Bakıda gərgin mübarizə ilə yaddaşlara köçdü. 

 

FORMULA-1: AZERBAIJAN GRAND PRIX 2018

Tarix

Trass

 Dövrə uzunluğu 

 Dövrə sayı 

Məsafə

 27-29.04.2018 

 Bak; 

6 003 m

51

 306.049 km 

BULUDLU, QURU. HAVA +17...16 C, TRASS +27...23 C


Hər il olduğu kimi bu il də Formula 1 azarkeşləri Azərbaycan Qran Prisində maraqlı mübarizəyə şahidlik etdilər. Ən yaddaqalan məqamlar kimi isə "Red Bull" komandasının üzvlərinin öz aralarında etdikləri qəza, Bottasın sona yaxın təkərinin sıradan çıxması və digər qəzaları göstərmək olar.  

 

Yarışın yekunlarına gəldikdə isə, Luis Hemilton (Mercedes) 1:43.44.291 vaxt göstəricisi ilə mövsümdə ilk, karyerasında isə 63-cü qələbəsini qazanıb. Podiumdakı digər iki yeri müvafiq olaraq, "Ferrari"dən Kimi Raykkonen (+2.460) və "Force India"dan Serxio Peres (+4.024) tutublar. 

 

Mərhələnin ən yaxşı dövrəsini "Mercedes"in fin pilotu Valtteri Bottas edib: 1:45.149 (37-ci dövrədə 205.252 km.s) 

 

 Yürüşün nəticələri 
 №   Pilot   Komanda   Vaxt   Sürət   Pit 
 1   Hemilton  Mercedes  1:43.44.291  177.012  1 
 2   Raykkonen  Ferrari   +2.460  176.942  1 
 3   Peres  Force India  +4.024  176.897  1 
 4   Fettel  Ferrari  +5.329  176.860  1 
 5   Sayns  Renault  +7.515  176.798  1 
 6   Lekler  Sauber  +9.158  176.752  1 
 7   Alonso  McLaren  +10.931  176.702  1 
 8   Stroll  Williams  +12.546  176.656  1 
 9   Vandorn  McLaren  +14.152  176.610  3 
 10   Xartli  Force India  +18.030  176.501  2 
 11   Erikson  Sauber  +18.512  176.487  2 
 12   Qasli  Toro Rosso  +24.720  176.312  1 
 13   Maqnussen  Haas  +30.663  175.863  1 
 14   Bottas  Mercedes  çıxış  175.680  1 
 
* Qasli ilə insidentə görə Maqnussenin nəticəsinə 10 saniyə əlavə edilib.  
 
Mübarizəni dayandıranlar
 Pilot   Komanda   Dövrə   Səbəb
 Okon  Force India  0   Qəza
 Sirotkin  Williams  0   Qəza
 Hyülkenberq  Renault  10   Qəza
 Ferstappen  Red Bull 39  Qəza
 Rikkardo  Red Bull 39  Qəza 
 Qrojan  Haas 42  Qəza
 
 
MÖVSÜMÜN 4-CÜ MƏRHƏLƏSİNDƏN SONRA SIRALAMALAR
 
Şəxsi birincilik - TOP 10
    Sürücü   Ölkə   Komanda   Xal 
 1   Luis Hemilton  GBR   Mercedes AMG Petronas  70 
 2   Sebstyan Fettel  GER   Scuderia Ferrari  66 
 3   Kimi Raykkonen  FIN   Scuderia Ferrari  48 
 4   Valtteri Bottas  FIN   Mercedes AMG Petronas  40 
 5   Daniel Rikkardo  AUS  AM Red Bull Racing  37 
 6   Fernando Alonso  ESP  McLaren F1 Team  28 
 7   Niko Hyulkenberq  GER  Renault Sport F1 Team  22 
 8   Maks Ferstappen  NED   Red Bull Toro Rosso   18 
 9   Serxio Peres  MEX  Sahara Force India F1 Team  15 
 10   Karlos Sayns  ESP  Renault Sport F1 Team  13 
 
 
Mühəndislər Kuboku - TOP 5
 №   Komanda   Mühərrik   Xal
 1  Scuderia Ferrari  Ferrari   114 
 2  Mercedes AMG Petronas  Mercedes  110 
 3  AM Red Bull Racing  Renault   55 
 4  McLaren F1 Team  Renault    36 
 5  Renault Sport F1 Team  Renault    55 

 

     

Müəllif: Natiq NƏSİROV